пятница, 16 марта 2012 г.
Стартовал второй этап проекта «Вместе»
В бакинском офисе «Общество Гуманитарных
Исследований» прошел круглый стол участников в рамках стартовавшего на Южном
Кавказе регионального проекта «Вместе». Проект осуществляется при содействии
Обществом Гуманитарных Исследований при содействии Посольства США в
Азербайджане.
“Azərbaycanda Yeni Media: Reallıq və Perspektivləri” mövzusunda dəyirmi masa
“Azərbaycanda Yeni Media: Reallıq və Perspektivləri” mövzusunda dəyirmi
masa Avrasiya Əməkdaşlıq Fondu (AƏF), Böyük Britaniyanın Azərbaycandakı
səfirliyinin maliyyə yardımı və Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli Şurasının texniki dəstəyilə “Azərbaycanda Yeni Media:
Reallıq və Perspektivləri” mövzusunda dəyirmi
masalar təşkil edib. Gəncədə Ramada otelində 10 mart və Bakı şəhərində
Hilton otelində 13-15 mart 2012-ci il tarixlərində keçirilən dörd
dəyirmi masa AƏF-in “Yeni Media vasitəsilə İcma Gəncləri Sülh Quruculuğu
Proqramı” çərçivəsində baş tutub. AƏF-in Proqram Meneceri olan Lalə
Hüseynovanın sözlərinə görə Proqram, özündə vətəndaş jurnalistikası və
yeni media vasitələrindən istifadə edərək sülhün qurulması kimi
ünsürləri ehtiva edir və "dəyirmi masalar", 2008-ci ildən Azərbaycan
Britaniya Səfirliyi tərəfindən maliyyələşdirilən Proqramın üçüncü
mərhələsinin tərkib hissələrindən sadəcə biridir.
среда, 14 марта 2012 г.
вторник, 13 марта 2012 г.
Bakı, Gəncə və Sumqayıtda sorğu
Humanitar Tədqiqatlar Cəmiyyəti Bakı, Sumqayıt, Gəncə şəhərlərində "Azərbaycan-Avropa Birliyi münasibətləri"-nə həsr olunan sorgusunu yekunlaşdırır. Bu yaxınlarda, sorğunun nəticələri ilə bağlı ictimaiyyətə məlumat verilıəcək və dəyirmi masa keçiriləcəkdir.
Əvəz Həsənov:"Hüquq müdafiəçisi olmaq üçün gərək adamın mübariz keçmişi olsun"
Bu gün gənc hüquq müdafiəçilərinin yetişdirilməsi istiqamətində çox
sayda layihə həyata keçirilsə də, yeni isimlər ortaya çıxmır. Bu sahəyə
bələd olanlar arasında belə fikir formalaşıb ki, gənc hüquq
müdafiəçilərinin meydana çıxmamasına yaşlıların yaratdığı süni əngəllər
səbəb olur. İşgəncələr Əleyhinə Komitənin rəhbəri, hüquq müdafiəçisi
Elçin Behbudov isə dörd hüquq müdafiəçisi yetişdirməsi ilə öyünür:
"Kreslo"dan yapışmaq olmaz. Ona görə də mən dörd hüquq müdafiəçisi
hazırlamışam".
|
понедельник, 12 марта 2012 г.
Əvəz Həsənov: Dağlıq Qarabağda yaşayanları biz de-yure öz vətəndaşlarımız hesab edirik, onlarla ünsiyyətdən yayına bilmərik
Azərbaycan və Ermənistan prezidentləri Soçidə Qarabağ üzrə son
sammitdə iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında
əlaqələrin qurulmasının vacibliyini qeyd ediblər. Humanitar Tədqiqatlar
Cəmiyyətinin direktoru Əvəz Həsənov Gün.Az-a verdiyi müsahibədə bu
məsələ ətrafında danışıb. QHT sədri bildirib ki, Qərb ölkələri
tərəfindən maliyyələşdirilən fondların dəstəyi ilə bu humanitar
fəaliyyət davam etdirilə bilər: “İcma formatında görüşlərlə nə
Ermənistanda, nə də Dağlıq Qarabağda razı deyillər. Orada bu istiqamətdə
irəli sürülən istənilən təşəbbüs sərt qarşılanır. Bunu Qarabağın oradan
qovulan sakinləri ilə hazırki əhalisinin görüşü kimi təqdim etmək isə
başqa məsələdir. Beləliklə, sonra erməniləri də buna inandırmaq olar.
Görüşlərin icmalar səviyyəsində olduğunu deyəndə, onlar belə
tədbirlərdən boyun qaçırırlar. Ermənistanda belə görüşlərə xüsusi
əhəmiyyət verilməsə də, onlar Qarabağ erməniləri ilə azərbaycanlılar
arasında əlaqələrin mövcud olmasında maraqlıdırlar.
Подписаться на:
Сообщения (Atom)
